Vasif Talıbov 9 aylıq maaşını Fonda köçürdü

 Vasif Talıbov 9 aylıq maaşını Fonda köçürdü
  03 Aprel 2020    Oxunub:2570
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov doqquz aylıq əməkhaqqı miqdarında olan 32300 manat vəsaiti Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
Azvision.az xəbər verir ki, koronavirus infeksiyasının muxtar respublikada yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan fonda fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirilməyə davam edirlər.

Dövlət qurumlarının kollektivlərinin, hüquqi və fiziki şəxslərin fəallığı və humanistliyinin nəticəsi olaraq 1 həftə ərzində fondun hesabında 4 milyon manatdan artıq vəsait toplanıb.

Azvision.az


Teqlər: Vasif-Talıbov  





Xəbər lenti