Qarabağda erməni əsgəri öldü

 Qarabağda erməni əsgəri öldü
  03 Aprel 2020    Oxunub:3855
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində erməni hərbi qulluqçu ölüb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 3-də saat 00:35 radələrində 2000-ci il təvəllüdlü hərbi qulluqçu Qaregin Babakexyan aldığı güllə yarasından həyatını itirib.
Əsgərin ölümü ilə bağlı araşdırma aparılır. Məlumatı Ermənistanın Müdafiə Nazirliyi təsdiqləyib.

Azvision.az



Teqlər: Qarabağ   Əsgər  





Xəbər lenti