Polis Qusarda profilaktik tədbirləri davam etdirir

Polis Qusarda profilaktik tədbirləri davam etdirir
  02 Aprel 2020    Oxunub:2745
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlərin həyata keçirilməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışır.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, xüsusi karantin rejimi çərçivəsində oyulan məhdudiyyətlərlə bağlı olaraq rayonun giriş və çıxışlarında yaradılmış müvəqqəti postlarda sürücülər saxlanılır və sakini olduğu rayonlara yönləndirilirlər.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə profikatiki söhbətlər aparılaraq, onlara infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan qaydalar izah olunur, yaşı 65-dən yuxarı insanların çölə çıxmamaları qadağası barədə məlumat verilir.

Azvision.az



Teqlər: DİN   Qusar   Polis  





Xəbər lenti