İnsan alveri ilə məşğul olan 4 qrup zərərsizləşdirilib

   İnsan alveri ilə məşğul olan 4 qrup zərərsizləşdirilib
  02 Aprel 2020    Oxunub:2496
2019-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 146 insan alveri və 4 məcburi əmək cinayəti qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Bildirilib ki, ötən il 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Həmçinin bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Cinayət   Hesabat  





Xəbər lenti