Ötən il 599 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

  02 Aprel 2020    Oxunub : 3435
 Ötən il 599 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
Hesabat ilində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 1074 müraciət müvafiq qaydada araşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, bu müraciətlərdən 599-u Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 26-sı Azərbaycan Respublikasının vətəndaşlığına bərpa, 449-u isə Azərbaycan Respublikasının vətəndaşlığından çıxma məsələləri ilə bağlı olub.

Əvvəlki hesabat dövründə icraatda olan sənədlərlə birlikdə 1005 vəsatət (544 qəbul, 20 bərpa, 441 çıxma) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Hesaba   NazirlərKabineti