İsmayıllıda vətəndaşların dərmanları evlərinə çatdırılır

İsmayıllıda vətəndaşların dərmanları evlərinə çatdırılır
  02 Aprel 2020    Oxunub:2766
İsmayıllıda güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşların dərmanları evlərinə çatdırılır.
Azvision.az xəbər verir ki, bəzi xəstəliklər üzrə vətəndaşlar dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunur. Belə xəstəliklərdən İsmayıllıda şəkərli diabet üzrə 1585 nəfər, vərəm üzrə 398 nəfər, onkoloji xəstəliklər üzrə 403 nəfər və epilepsiya xəstəliyi üzrə 118 nəfər pulsuz dərmanla təmin olunan imtiyazlı xəstələr var.

Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərərgah insanların mümkün qədər evdən çıxmaması barədə qərar qəbul etmişdir. Bunları nəzərə,alaraq, İsmayıllı Rayon İcra Hakimiyyəti və Mərkəzi Xəstəxana Publik Hüquqi şəxs tərəfindən "evdə qal" kampaniyasına dəstək məqsədilə, güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşların dərmanlarla ünvanlarında təmin olunması barədə qərar qəbul olunub.

01.04.2020-ci il tarixdən başlayaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi Xəstəxananın və ərazilər üzrə tibb məntəqələrinin, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərinin əməkdaşları, həmçinin rayon könüllülərinin köməkliyi ilə rayonun bütün yaşayış məntəqələri üzrə dərmanlar pulsuz olaraq evlərə çatdırılır.







Azvision.az


Teqlər: İsmayıllı   koronavirus  





Xəbər lenti