Sərnişin sıxlığının müşahidə edildiyi rayon və şəhərlər
“Gəncə şəhəri üzrə gündəlik 4 min sərnişin daşınır. Rayon və şəhər daxili avtobusların sayında azalma olmasa da, hələ də sərnişin sıxlığı müşahidə edilir. Bununla belə sərnişin sıxlığının azaldığı rayonlarımız da var. Goranboy rayonunda 90 faiz sərnişin sıxlığı azalıb. Astara, Lerik rayonları üzrə istədiyimiz nəticədən artığa nail olmuşuq”.
N.Allahyarova qeyd edib ki, Bakı-Sumqayıt-Abeşron halqası üzrə sərnişin sıxlığı müşahidə edilir.
“Bakıdan Sumqayıt istiqaməti üzrə 8 müxtəlif marşurut xətti üzrə 30 avtobus hərəkət edir. Sərnişin sayı əvvəlki dövrlə müqayisədə 80 faizə qədər azalıb. Amma 20 faiz də çoxdur. Biz 95 faiz azalmaya nail olmaq istəyirik”.
Azvision.az