Maska və spirt çatışmazlığı ilə bağlı rəsmi AÇIQLAMA

  Maska və spirt çatışmazlığı ilə bağlı rəsmi   AÇIQLAMA
  02 Aprel 2020    Oxunub:4313
“Hökuməti qışa hazırlığa görə qınamaq olar, amma pandemiyaya görə yox”.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, tələbat kəskin artdığı üçün bütün ölkələrdə tibbi maska və spirtlə bağlı çatışmazlıq var.
“Dövlət orqanları ölkədə maska və spirtin istehsalı üçün tədbirlər görürlər. Ölkədə maska istehsalı üçün xammal idxalına rüsumlar, ƏDV ləğv edilib, güzəştli kreditlər təklif olunub. Maska və spirtin yerli istehsalı ilə bağlı bütün şərait yaradılıb. İstehsal prosesinin dəqiq gününü və saatını demək mümkün deyil. Amma spirt məhsulları istehsal olunur. Qablaşdırılma ilə bağlı problem var idi, o da həll olundu”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Maska   spirt  





Xəbər lenti