Regional məsələlər komitəsinin onlayn iclası keçirilib

  01 Aprel 2020    Oxunub : 1001
Regional məsələlər komitəsinin onlayn iclası keçirilib
Aprelin 1-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, komitə sədri Siyavuş Novruzov bildirib ki, gündəlikdə iki məsələ var. Birinci - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, ikinci isə “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələdir.

Komitə sədri Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında fikirlərini bildirdikdən sonra Ədliyyə nazirinin müavini Vilayət Zahirovun məsələ ilə bağlı məlumatları dinlənilib.

İclasda sonra “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanuna dəyişiklik edilməsi barədə Qanun layihəsi müzakirəyə təqdim edilib.

Hər iki qanun layihəsi barədə komitə üzvləri - Tahir Rzayev, Elşən Musayev, Nizami Cəfərov, Fəttah Heydərov, Kamran Bayramov, Səbinə Xasayeva, Aqil Məmmədov, Malik Həsənov, Cavid Osmanov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Əliabbas Salahzadə çıxış edərək, öz fikir və rəylərini bildiriblər.

Fikir mübadiləsindən sonra hər iki məsələ Milli Məclisin müzakirəsinə tövsiyə edilib.

Azvision.az

Teqlər: Milli-Məclis