İƏT qondarma “seçkiləri” pislədi

   İƏT qondarma “seçkiləri” pislədi
  01 Aprel 2020    Oxunub:2784
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımır.
Azvision.az xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi martın 31-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində seçkilərin keçirilməsini BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müvafiq qətnamələrinə zidd hesab edir.

Bəyanata əsasən, bu məsələdə İƏT-in Baş Katibliyi İslam Əməkdaşlıq Təşkilatının və ATƏT-in münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə həllini dəstəkləyən qətnamə və qərarlarına istinad edir.

Azvision.az


Teqlər: İƏT  





Xəbər lenti