Abşeron dairəvi dəmir yolunda qatarların sayı azaldıldı

Abşeron dairəvi dəmir yolunda qatarların sayı azaldıldı
  31 Mart 2020    Oxunub:2429
Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarların hərəkət cədvəlində dəyişiklik edilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dəyişiklik Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq edilib.

Bu məqsədlə, Abşeron dairəvi dəmir yolu xəttində hərəkət edən qatarların sayı azaldılıb. Qatarlar karantin günlərində fəaliyyətini davam etdirmək zərurəti yaranan müəssisələrin əməkdaşlarının işə gediş-gəlişinin təmin olunmasına xidmət göstərəcək. Yeni qrafik aprelin 1-dən karantin müddəti bitənədək qüvvədə olacaq.

Azvision.az



Teqlər: Qatar  





Xəbər lenti