“Fövqəladə vəziyyət haqqında” fərmana dəyişiklik edildi

  30 Mart 2020    Oxunub : 2974
 “Fövqəladə vəziyyət haqqında” fərmana dəyişiklik edildi
Prezident İlham Əliyev “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Azvision.az-ın məlumatına görə, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 175 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 9; 2017, № 12, maddə 2303) 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,” sözləri əlavə edilib.

Azvision.az

Teqlər: Fərman