Pakistan Qarabağdakı qondarma “seçkiləri” pislədi

  30 Mart 2020    Oxunub : 2234
 Pakistan Qarabağdakı qondarma “seçkiləri” pislədi
Azərbaycanın işğal olunmuş ərazilərində martın 31-də keçirilməsi planlaşdırılan qondarma “prezident” və “parlament” seçkiləri ilə bağlı Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının (National Commission for Human Rights) sədri Əli Nəvaz Çohan bəyanat yayıb.
Azərbaycanın Pakistandakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, Beynəlxalq Ədalət Məhkəməsinin sabiq hakimi və tanınmış hüquqşünas olan Ə.N.Çohanın bəyanatında Dağlıq Qarabağ bölgəsi işğal altında olduğundan burada “seçkilər”in keçirilməsinin qeyri-qanuni, beynəlxalq norma və prinsiplərə zidd olduğu bildirilib və “seçkilər”in keçirilməsi qəti şəkildə qınanılıb.

"Mən 2020-ci il martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal etdiyi Dağlıq Qarabağ regionunda yaradılmış qanunsuz rejimin qondarma "parlament və prezident seçkiləri"nin keçirilməsini qətiyyətlə pisləyirəm. Mən Azərbaycana dəstək olaraq Pakistan hökumətinə və BMT-yə qoşuluram. Həmçinin, Ermənistanın Xocalıda Azərbaycanın mülki sakinlərinə qarşı törətdiyi soyqırımı aktını bir daha pisləyirəm. Ermənistan öz təcavüzünə və soyqırımına görə məsuliyyət daşıyacaq", - deyə bəyanatda qeyd olunub.

Azvision.az

Teqlər: Pakistan