Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb

Gəncədə karantin rejimini pozan şəxs aşkarlanıb
  29 Mart 2020    Oxunub:2337
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına əməl olunması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən internet klub aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibinə qarşı qanuna müvafiq qaydada tədbir görülüb.

Azvision.az


Teqlər: DİN   Gəncə   Karantin  





Xəbər lenti