Üç mindən artıq ailəyə yardım paylanıldı
Bir neçə gündür davam edən aksiya növbəti dəfə Sumqayıt şəhərində və Abşeron rayonunda baş tutub. Sosial izolyasiya tədbirlərinə dəstək məqsədilə bu günə qədər 3 min 29 vətəndaşa yardım paylanılıb.
Qeyd edək ki, Azərbaycan RespublikasınınNazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edilib. Bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan “Azərpoçt” MMC tərəfindən bu aksiya davam etdiriləcək.
Azvision.az