Azərbaycanda 11 mindən çox yaşlı insan tənha yaşayır
Qeyd olunan şəxslər üçün sosial xidmətçilər təhkim edilib və onlara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsinə başlanıb. Bu xidmətlərə ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməklik göstərilməsi daxildir. Sosial xidmətçilərlə yanaşı, könüllülər də bu işlərdə öz dəstəyini göstərirlər.
Hazırda yaşı 65-dən yuxarı ümumilikdə 11 minədək tənha yaşayan şəxsə bu xidmətlər göstərilir.
Xatırladaq ki, yaşı 65-dən yuxarı tənha vətəndaşlara evlərində sosial xidmətlərin göstərilməsi ilə əlaqədar Nazirliyin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Azvision.az
Teqlər: