Bakıda "Mercedes" "KAMAZ"la toqquşub - 1 ölü, 4 yaralı

   Bakıda "Mercedes" "KAMAZ"la toqquşub -    1 ölü, 4 yaralı
  28 Mart 2020    Oxunub:1222
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti