Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırıldı

 Rayon və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırıldı
  28 Mart 2020    Oxunub:5138
Sabahdan etibarən xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkəti tam dayandırılır.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Azvision.az


Teqlər: Qərargah  





Xəbər lenti