Ağstafada əl qumbarası tapılıb

Ağstafada əl qumbarası tapılıb
  27 Mart 2020    Oxunub:2478
Martın 26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə(ANAMA) Ağstafa rayonu, 33-cü məhəllə adlanan ərazidə su arxında əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Azvision.az -a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə baxış keçirib.Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “F-1” əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 150 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA   Qumbara  





Xəbər lenti