“Bakı Metropoliteni” koronavirusla mübarizəyə pul ayırdı
Bildirilib ki, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) ianə etməyi qərara alıb və işçilərin əmək haqqından 100 min manat məbləğində maliyyə vəsaiti müvafiq hesaba köçürülüb.
“Bakı Metropoliteni” QSC-nin kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.
Azvision.az
Teqlər: Metro