“Priora” ilə 3 maşını əzib polisə müqavimət göstərənlər tutuldu

   “Priora” ilə 3 maşını əzib polisə müqavimət göstərənlər tutuldu
  26 Mart 2020    Oxunub:1854
Martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Priora” markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib.

Həmin gün saat 12 radələrində Güloğlular kəndi ərazisində Ə.Əsədov və sərnişinləri olan həmyerliləri, əvvəllər məhkum olunmuş Fərid Aslanov (qadını təhqir edib silahla havaya atəş açmış) və Asif Süleymanov avtomobillə birgə saxlanılıblar.

Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb. F.Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A.Süleymanovdan isə 7,60 qram tiryək götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti