ABŞ vətəndaşı Ermənistanda virusa yoluxub, vəziyyəti ağırdır

 ABŞ vətəndaşı Ermənistanda virusa yoluxub, vəziyyəti ağırdır
  26 Mart 2020    Oxunub:3622
Ermənistanda koronavirusa yoluxanlardan biri ABŞ vətəndaşıdır və onun vəziyyəti çox ağırdır.

Azvision.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, reanimasiyaya yerləşirilmiş həmin şəxsin yaşı 75-dən çoxdur. Ağır vəziyyətdə olan digər şəxs isə Ermənistan vətəndaşıdır.

Xatırladaq ki, bu gün səhərə olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların sayı 290 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Ermənistan  





Xəbər lenti