Koronavirusla bağlı son vəziyyət necədir?

 Koronavirusla bağlı son vəziyyət necədir?
  26 Mart 2020    Oxunub:3325
Dünyada koronavirusa yoluxanların sayı durmadan artır.

Azvision.az Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, koronavirusdan ölənlərin sayı 18 min 440 nəfərdir. Hazırda 414 min 179 nəfər virus daşıyıcısıdır.
Yoluxma hallarının əksəriyyəti Avropanın payına düşür - 220 min 516 yoluxma və 11 min 986 ölüm. Gün ərzində bu bölgədə virusa yoluxanların sayı 20 min 007, ölüm halları isə 1797 nəfər artıb.

İkinci yerdə Çin, Cənubi Koreya Respublikası və Yaponiyanı əhatə edən Qərbi Sakit okean bölgəsi yer alır.

COVID-19 infeksiyasına ən az yoluxma Afrikadadır – 1664 hal. Bu qitədə 29 nəfər koronavirusun qurbanı olub.

Azvision.az



Teqlər: ÜST   Virus  





Xəbər lenti