BNA rəhbəri parklarda gəzənlərə səsləndi: “Bayram tətili deyil, sosial izolyasiyadır” - VİDEO

      BNA rəhbəri parklarda gəzənlərə səsləndi:    “Bayram tətili deyil, sosial izolyasiyadır” -    VİDEO
  26 Mart 2020    Oxunub:2861
"Bakının metro stansiyaları istiqamətində xüsusi ekspress marşrut xətləri yaratmışıq. Həmin marşrutlar bütün dayanacaqlarda dayanmır, ancaq metro stansiyalarının yaxınlığında saxlayırlar".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli metroda əhali sıxlığının qarşısının alınması məqsədilə görülən tədbirlərdən danışarkən deyib.

O, bildirib ki, marşrut xətlərinin avtobus təminatında heç bir problem yoxdur: "İctimai nəqliyyatı sağlam saxlamalıyıq. Ekspress marşrutlardan zəruri ehtiyacı olan vətəndaşlar istifadə etsin, parka gəzməyə gedən vətəndaş yox. Hökumətin, dövlətin atdığı addımlar bəllidir. Bakı Nəqliyyat Agentliyi beynəlxalq təcrübəyə uyğun addımlar atır. Koronavirus çox yayılan şəhərlərin təcrübəsini analiz edirik, qlobal təcrübəni yerli mentalitetlə uyğunlaşdırırıq, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyirik. Vətəndaşlarımıza bir daha çağırış edirəm ki, zərurət olmadığı halda ictimai nəqliyyatdan istifadə etməsinlər, küçələrdə gəzməsinlər".

V.Kərimli qeyd edib ki, Bakıda parklanmaya qarşı müəyyən tələblər azaldılıb: "Amma müşahidə edirik ki, Bakı bulvarı ətrafında bir neçə sırada nəqliyyat vasitələri dayanıb və insanlar 4-5 nəfər birlikdə parkda gəzirlər. Aydın məsələdir ki, sosial və psixoloji cəhətdən bu olmalıdır. Amma belə çoxluqda da olmalı deyil. Bayram tətili deyil, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədilə atılan məcburi addımdır. Vətəndaşlarımız bunu dincəlmək tədbiri kimi başa düşməsinlər. Bu, sosial izolyasiyadır ki, ona riayət emək lazımdır".



Azvision.az


Teqlər: BNA  





Xəbər lenti