Koronavirusla mübarizəyə daha bir dəstək

Koronavirusla mübarizəyə daha bir dəstək
  25 Mart 2020    Oxunub:1710
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 9200 manat məbləğində vəsaitin ayrılması barədə qərar qəbul edib.
Vəsait mərkəzin əməkdaşları üçün nəzərdə tutulmuş aylıq mükafat fondu hesabına toplanıb. Həmçinin BMTM-in idarə heyətinin sədri Fərid Şəfiyev bir aylıq əməkhaqqını fonda ianə edib.

Mərkəzin əməkdaşları dünyada yayılmış koronavirus infeksiyası ilə mübarizə çərçivəsində Azərbaycan hökumətin tərəfindən aparılan tədbirlərə dəstəklərini ifadə ediblər.

Azvision.az



Teqlər:





Xəbər lenti