“Bu olaydan ölkə başçısı da sarsılıb” - Deputat

“Bu olaydan ölkə başçısı da sarsılıb” - Deputat
  29 Dekabr 2013    Oxunub:892
“Mən Qarabağ qazilərinin böyük əksəriyyəti ilə dostam. Bu hərəkətini heç arzulamazdım. Amma belə bir hadisə baş verdi. Ölkə başçısı başda olmaqla, bütün Azərbaycan sarsılıb”.
Bunu AzVision.az-a açıqlamasında bunu millət vəkili Çingiz Qənizadə özünü yandıran Qarabağ qazisi ilə bağlı danışarkən deyib. O, bildirib ki, bu məsələ araşdırılacaq:

“Baş Prokurorluğun bununla bağlı açıqlaması, səhiyyə nazirinin ora getməsi və bu hadisənin baş verməsinə zəmin verən başqa səbəblər, təhriklər haqqında mətbuatda gedən informasiyaların araşdırılması yəqin ki, olacaq”.

Deputat Qarabağ qazilərinin əksəriyyəti ilə dostuq olduğunu bildirərək, qeyd edib ki, onun bu hərəkətini heç arzulamazdı:

“Amma belə bir hadisə baş verdi. Ölkə başçısı başda olmaqla, bütün Azərbaycan sarsılıb. Hesab edirəm ki, qəbul olunmuş məhkəmə qətnamələrinin də hüquqi zəmini araşdırılacaq. Əgər dövlət başçısı hadisədən sarsılıb və buna göstəriş veribsə, deməli mütləq bir nəticəsi olacaq.

Təəssüf edirəm ki, Zaur Həsənovun ailəsinin başına gələn ağır faciədən bəzi şəxslər və ayrı-ayrı qruplar, siyasi təşkilatlar istifadə edərək aksiyalara təhrik edirlər. Mən bunu qətiyyətlə pisləyirəm. İmkan verməliyik ki, dövlətin köməkliyi ilə Zaur Həsənov bu gün dəfn olunsun, onun yas mərasimi normal keçirilsin. Amma bu acı hadisədən kimlərinsə sui-istifadə edərək çağırışlar etmələrini onun ruhuna hörmətsizlik hesab edirəm."


Teqlər:  





Xəbər lenti