Moskva və Londondan 151 azərbaycanlı vətənə qaytarıldı

 Moskva və Londondan 151 azərbaycanlı vətənə qaytarıldı
  25 Mart 2020    Oxunub:2132
“Azərbaycan Hava Yolları” QSC aviaşirkəti bəzi şəhərlərdən reyslər yerinə yetirməyə davam edir.

AZAL-dan Azvision.az -a verilən məlumata görə, martın 25-nə keçən gecə AZAL Moskva və Londondan iki reys yerinə yetirərək 151 nəfər Azərbaycan vətəndaşını vətənə qaytarıb.
Bir daha xatırladırıq ki, ölkəyə qayıdan hər bir vətəndaş tibbi müayinədən keçir və karantinə yerləşdirilir. Vətəndaşların ölkəyə qayıtması tarixləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın apardığı hazırlıq işlərinə uyğun olaraq təyin edilir.



Azvision.az


Teqlər: AZAL   Moskva   London  





Xəbər lenti