Bakının icra hakimiyyətləri Fonda 500 min manat köçürüb

Bakının icra hakimiyyətləri Fonda 500 min manat köçürüb
  25 Mart 2020    Oxunub:2223
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən operativ müşavirədə paytaxtın Nərimanov, Nizami, Sabunçu və Suraxanı rayon icra hakimiyyətlərinin başçıları aparat kollektivlərinin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaq haqqında istəyini bildirərək bir aylıq əmək haqqı vəsaitlərinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi təşəbbüsü ilə çıxış ediblər.
Azvision.az vxəbər verir ki, təşəbbüs BŞİH Aparatı və eləcə də paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən fəal dəstəklənib.

Koronavirusla Mübarizəyə Dəstək Fonduna paytaxtın şəhər və rayon icra hakimiyyətləri Aparatlarının və paytaxt strukturlarının əməkdaşlarının bir aylıq əmək haqqı həcmində, ümumilikdə 500 min manat vəsait köçürülüb.

Azvision.az


Teqlər: Bakı   İcra-hakimiyyətləri  





Xəbər lenti