Xüsusi ekspress avtobuslar istifadəyə verilib

Xüsusi ekspress avtobuslar istifadəyə verilib
  24 Mart 2020    Oxunub:2805
Xüsusi ekspress avtobus xətləri bu gün səhər saat 06:00-dan sərnişinlərin xidmətindədir.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib. Hər iki xətt üzrə avtobuslar bu gün səhər saat 06:00-dan sərnişinlərin istifadəsinə verilib.

Sərnişinlərə tövsiyə edilib ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Azvision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti