Parlamentdə informasiya mübadiləsi qrupları yaradıldı

Parlamentdə informasiya mübadiləsi qrupları yaradıldı
  24 Mart 2020    Oxunub:1817
Martın 23-də Milli Məclisin rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri arasında, Milli Məclisin rəhbərliyi ilə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri arasında, habelə Milli Məclisin rəhbərliyi ilə parlament Aparatının və İşlər İdarəsinin məsul vəzifəli şəxsləri arasında internet üzərindən 3 informasiya mübadiləsi qrupu yaradılıb.
Milli Məclisin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, bu, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlər nəzərə alınmaqla, Milli Məclisin inzibati binalarında insanlar arasında birbaşa təması məhdudlaşdırmaq, idarəetməni mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədi ilə parlament Sədrinin martın 18-də imzaladığı sərəncamına uyğun olaraq reallaşdırılıb.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti