“Xaricdən təxliyə ilə bağlı müraciətlər araşdırılır” - Prezidentin köməkçisi

 “Xaricdən təxliyə ilə bağlı müraciətlər araşdırılır” -  Prezidentin köməkçisi
  24 Mart 2020    Oxunub:2679
Azərbaycana xaricdən gəlmək istəyən şəxslərlə bağlı rəqəmlərin toplanması davam edir. Şəxslərin ölkələr üzrə prioritetləşdirilməsi və potensial uçuş icazələri, həmin ölkələr tərəfindən irəli sürüləcək tələblər nəzərə alınaraq məsələ konkret cədvəl və qrafik strukturuna salınır.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, hazırda Xarici İşlər Nazirliyində operativ qərargah fəaliyyət göstərir.

“XİN tərəfindən, səfirliklər tərəfindən müraciətlər toplanır. Vahid məlumat bazasında yığılır. Ondan sonra Prezident Administrasiyasına, Nazirlər Kabineti yanında Operativ Qərargaha bu barədə məlumat verilir. Ölkələr üzrə məlumatlar fərqlidir. Bəzi vətəndaşlarımız konsulluq qeydiyyatında olmayıb və onların yenidən konsulluq qeydiyyatına alınması prosesi aparılır. Hər bir fərdi ölkələrə, vətəndaşların yığılma sayına uyğun olaraq, qlobal fövqəladə vəziyyəti nəzərə alaraq, burada prioritetlik dərəcəsi üzrə məsələlərə baxılır. Çünki azyaşlı uşağı olan qadınlar, ailələr, xəstələr, tibbi yardıma ehtiyacı olanlar və digər bu kateqoriyadan olan insanlar var ki, birinci növbədə onların təxliyəsi prioritet olaraq qoyulub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti