Nazirlik aptek və ərzaq mağazaları ilə bağlı məlumat yayıb

   Nazirlik aptek və ərzaq mağazaları ilə bağlı məlumat yayıb
  23 Mart 2020    Oxunub:2230
Ərzaq mağazaları və apteklərin fəaliyyətində hər hansı məhdudiyyətlər yoxdur.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, insanların kütləvi toplaşdığı məkanlar olduğu nəzərə alınaraq, iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyəti bir ay müddətinə dayandırılıb.

İqtisadiyyat Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, bu məhdudiyyət ərzaq mağazaları və apteklərin fəaliyyətinə şamil olunmur və həmin obyektlər adi qaydada gündəlik işini davam etdirirlər. Adi iş rejimi həmçinin, ticarət mərkəzləri və "Mall"ların nəzdində olan ərzaq mağazaları və apteklərə də aiddir.

Azvision.az


Teqlər: Nazirlik  





Xəbər lenti