Gürcüstanla sərhəddə qəbul-çeşidləmə məntəqələri qurulub - FOTOLAR
Belə ki, sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin olunacaq.
Hər bir qəbul-çeşidləmə məntəqəsində 20 çadır olmaqla eyni vaxtda 100 nəfərin qalmasına şərait var. Məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandıqda çadırların sayı qısa müddətdə artırıla bilər.
Azvision.az
Teqlər: FHN Koronavirus