Qarabağ qazisindən nümunəvi addım

Qarabağ qazisindən nümunəvi addım
  22 Mart 2020    Oxunub:3735
Qarabağ qazisi Elvin Hüseynov təqaüdünü Koronavirusla Mübarizəyə Dəstək Fonduna ödəyib.
Azvision.az xəbər verir ki, bu barədə qazi özü məlumat yayıb.

"Azərbaycan Respublikasının Prezidentinin adından mənə verilən Prezident Təqaüdünü Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edirəm. Bu mübarizədə tezliklə qalib gələcəyimizə inanıram",- deyə E.Hüseynov vurğulayıb.

Qeyd edək ki, qazi Elvin Hüseynov Xüsusi Təyinatlı Qüvvələrdə xidmət keçib. O, 2014-cü ilin may ayının 28-də və 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qazi   Qarabağ   Fond   Yardım  





Xəbər lenti