Azay Quliyev vətəndaşlara çağırış etdi

Azay Quliyev vətəndaşlara çağırış etdi
  22 Mart 2020    Oxunub:2453
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev vətəndaşları “özünütəcrid” qaydalarına əməl etməyə çağırıb.
Azvision.az xəbər verir ki, A.Quliyev bu barədə "Tvitter" hesabında paylaşım edib.

"Rəsmi qurumların dəfələrlə müraciət və xəbərdarlıq etmələrinə baxmayaraq, bəzi vətəndaşların kütləvi ziyarətlər və tədbirlər keçirməsi koronavirusla mübarizədə ciddi problem yaradır. Bu cür şəxsləri cəmiyyəti təhlükəyə atmamağa və “özünütəcrid” qaydalarına əməl etməyə çağırıram”.



Azvision.az



Teqlər: QHT   Azay-Quliyev  





Xəbər lenti