Deputatlar maaşlarını koronavirusla mübarizəyə ayırdılar

   Deputatlar maaşlarını koronavirusla mübarizəyə ayırdılar
  22 Mart 2020    Oxunub:3812
Bu gün Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya komitəsinin onlayn iclası keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Onun sözlərinə görə, deputatlar maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırmaq qərarına gəliblər.

"Bu gün sosial məsuliyyət strategiyasına uyğun olaraq, bütün heyətlə onlayn toplantı keçirdik. Ölkəmizdə və bütün dünyada tüğyan edən bəlaya qarşı mübarizə çərçivəsində cənab Prezidentimiz İlham Əliyev tərəfindən 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkhaqqı vəsaitimizlə qoşulmağı qərara aldıq. Bu günlərdə bu xəstəlikdən əziyyət çəkən bütün insanlara yardımçı olmaq bizim vətəndaşlıq və vicdan borcumuzdur", - deyə deputat vurğulayıb.

Azvision.az


Teqlər: Milli-Məclis   Komitə  





Xəbər lenti