Deputat “Paşa Holdinq”in addımından yazdı

 Deputat “Paşa Holdinq”in addımından yazdı
  21 Mart 2020    Oxunub:1987
Keçən ilin oktyabrında öz vəsaitiylə məcburi köçkünlərimiz üçün 1300 mənzillik “Qobu Park-2” yaşayış kompleksini tikib təhvil verən “PAŞA Holdinq” digər özəl şirkətlərə örnək sayıla biləcək növbəti addım atdı.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev "Facebook" hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycanda koronavirusu aşkarlamaq üçün yeni laboratoriyaya 3 milyon avro maliyyə vəsaiti ayıran holdinqdən Prezident İlham Əliyevin Fərmanıyla yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna da 2 milyon manat ianə veriləcəyi bildirilib.

"Xatırladaq ki, cənab Prezident öz çıxışlarında bir neçə dəfə sahibkarları, iş adamlarını dövlətin onlara qayğısına xeyriyyəçilik, yardımsevərlik, yəni sosial məsuliyyət sərgiləməklə cavab verməyə çağırıb. Ümid edirəm ki, bizim digər holdinq və şirkətlərimiz də "PAŞA Holdinq”dən örnək götürərək bu sınaq günlərində oxşar addımlar atacaqlar. Yeri gəlmişkən, artıq bu haqda açıqlama verən bir neçə həmkarım kimi mən də öz məvacibimin bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına keçirəcəyəm", - deyə deputat vurğulayıb.

Azvision.az


Teqlər: Deputat   Sahib-Alıyev  





Xəbər lenti