Bu il ölkədə 174 350 ağac əkilib

Bu il ölkədə 174 350 ağac əkilib
  21 Mart 2020    Oxunub:1293
2019-cu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departamenti ölkənin 60,4 min hektar meşə fondu torpaqlarına xidmət göstərib, o cümlədən 14 min hektarda meşəbərpa tədbirləri aparıb.
Dövlət Statistika Komitəsindən Azvision.az -s verilən məlumata görə, görülmüş tədbirlər çərçivəsində 1,5 min hektar sahədə yeni meşə ağacları əkilib, o cümlədən 12 hektar sahədə meyvə, ağac və kol cinslərinin toxumları səpilib və 12,5 min hektar sahədə meşələrin təbii bərpasına kömək tədbirləri həyata keçirilib. Bundan başqa, 61,7 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb.

Təkcə ötən ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində, ümumilikdə 2 milyona yaxın ağac əkilib. Təkcə, ETSN martın əvvəllərində “Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!” devizi altında yaz ağac əkini mövsümünə start verib.

Martın 18-nə olan son məlumata görə, ağacəkmə mövsümü başlayandan regionlarda 150 hektar sahədə 174 min 350 müxtəlifcinsli ağac əkilib.

Azvision.az


Teqlər: ETSN   ağac  





Xəbər lenti