Lənkəran sakini narkotiklə tutuldu

Lənkəran sakini narkotiklə tutuldu
  20 Mart 2020    Oxunub:1785
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini H.Həsənov saxlanılıb və axtarış zamanı ondan narkotik vasitələr aşkar edilərək götürülüb.
Baş Narkotiklərlə Mübarizə İdarəsindən Azvision.az -a verilən məlumata görə, əməkdaşlara daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş H.Həsənov Binəqədi rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 9 qrama yaxın heroin, 30 qrama yaxın tiryək, 32 qramdan artıq metamfetamin və 4 qram metadon aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun kirayədə yaşadığı mənzildən isə əlavə olaraq 1 kiloqram 515 qram heroin, 1 kiloqram 560 qram marixuana, 588 qramdan artıq tiryək, 492 qramdan artıq metamfetamin, 32 qram metadon və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: Narkotik   Polis  





Xəbər lenti