Belarusda yaşayan azərbaycanlılar vətənə gətiriləcək

Belarusda yaşayan azərbaycanlılar vətənə gətiriləcək
  20 Mart 2020    Oxunub:1668
Belarusda yaşayan Azərbaycan vətəndaşlarının vətənə qayıtması üçün çarter reyslər təşkil olunacaq.
Azvision.az xəbər verir ki, “Belavia” şirkətinin yaydığı məlumata görə, koronavirusla bağlı Azərbaycan və Belarus arasında hava məkanı qapalı olduğundan şirkət martın 21, 25 və 29-da yerli vaxtla 23:15 Bakıya xüsusi reysləri reallaşdıracaq. Martın 22, 26 və 30-da isə yerli vaxtla 04:35-də Bakıdan Minskə aviareyslər həyata keçiriləcək.

Biletlər artıq “Belavia” şirkətinin ofisində satılır. Biletlər yalnız Azərbaycan və Belarus vətəndaşları üçün satılacaq.

Azvision.az



Teqlər: Belarus  





Xəbər lenti