Karantin rejimini pozanlar həbs olunacaq

Karantin rejimini pozanlar həbs olunacaq
  19 Mart 2020    Oxunub:2671
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cinayət Məcəlləsinə edilmiş dəyişiklikləri təsdiq edib.
Azvision.az xəbər verir ki, qanuna əsasən, epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Azvision.az



Teqlər: Epidemiya  





Xəbər lenti