Hikmət Hacıyev AŞPA məruzəçisinin bəyanatına cavab verdi
“Vurğulamaq istərdim ki, Azərbaycan tərəfi S.Evarsdottir ilə konstruktiv əməkdaşlıq üçün şərait yaratmış və onun 2019-cu ildə məruzəçi qismində ölkəmizə səfəri həyata keçirilmişdir. Təəssüf edirik ki, S.Evarsdottir Azərbaycanın bu xoş münasibətini düzgün qiymətləndirə bilmədi və fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ərəfəsində onun verdiyi bəyanatlar qərəzli münasibətin bariz nümunəsidir. S.Evarsdottirin bu qeyri-etik açıqlaması məzmunca əsassız, mahiyyətcə qərəzli, tərz etibarilə isə tamamilə qəbuledilməzdir. S.Evarsdottir anlamalıdır ki, Azərbaycanla hədə və təhdid dilində danışa bilməz”, - deyə Hikmət Hacıyev qeyd edib.
Prezidentin köməkçisi vurğulayıb ki, AŞPA-da Azərbaycanı hədələməyə çalışan və ölkəmizə qarşı fəaliyyət göstərən qərəzli qüvvələr həmişə mövcud olub. Lakin onlar heç vaxt öz çirkin məqsədlərinə nail ola bilməyib və siyasi səhnədən silinib gediblər. Onların uğursuz siyasi aqibəti S.Evarsdottir üçün də dərs olmalıdır.
Azvision.az
Teqlər: Hikmət-Hacıyev AŞPA