500-ə yaxın avtomobil Bakıya buraxılmayıb - RƏSMİ

 500-ə yaxın avtomobil Bakıya buraxılmayıb -  RƏSMİ
  19 Mart 2020    Oxunub:2740
"Nazirlər Kabineti yanında operativ qərargah Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı qərar verib, Baş Dövlət Yol Polisi İdarəsi də verilən qərarı yerinə yetirir".
Bunu Azvision.az -a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Şöbə rəisi bildirib ki, məhdudiyyət martın 29-na kimi davam edəcək və qadağanı pozmağa cəhd edənlərlə bağlı ciddi intizam tənbehi tədbiri görüləcək.

K.Əliyev qeyd edib ki, dünən gecədən etibarən Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb .

"Əsasən sıxlıq cənub istiqamətindən girişdə yaranıb. Şimal istiqamətində 40 avtomobil saxlanılaraq onların Bakı, Sumqayıt və Abşeron istiqamətlərinə girişi dayandırılıb, 100 avtomobil isə başqa rayonlara getdiyi üçün istiqamətləndirilib. Şamaxı istiqamətindən də təxminən 40 avtomobil postda saxlanılıb və geri qaytarılıb. Hazırda qərarın icrası davam etdirilir. Qaydalara əməl edənlər daha çoxdur".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: DYP   Yol  





Xəbər lenti