Şəhərlərarası avtobus reysləri dayandırılmayıb

 Şəhərlərarası avtobus reysləri dayandırılmayıb
  19 Mart 2020    Oxunub:1819
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.
Azvision.az xəbər verir ki, bunu BBAK-ın Mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib.

O bildirib ki, reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda [email protected] email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə yaza bilərsiniz.

"Bakı Beynəlxalq Avtovağzal Kompleksindən gedişlər xüsusi qrafiklərlə tənzimlənəcək və məhdudiyyət qoyulan tarixə qədər geri dönüş yalnız Bakı şəhərində qeydiyyatda olan sərnişinlər üçün mümkün olacaq".

Azvision.az



Teqlər: BBAK   Sərnişin  





Xəbər lenti