Parlamentdə vətəndaş qəbulları dayandırıldı

   Parlamentdə vətəndaş qəbulları dayandırıldı
  18 Mart 2020    Oxunub:1665
Milli Məclisdə vətəndaşların qəbulları müvəqqəti dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə parlamentin sədri Sahibə Qafarovanın koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə ilə əlaqədar Milli Məclisdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında imzaladığı sərəncamda bildirilib.

Sərəncamda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinə nəzarət Milli Məclis Aparatının rəhbərinə və İşlər müdirinə həvalə edilib.

Azvision.az


Teqlər: Parlament   Qəbul  





Xəbər lenti