“1542” nömrəli “Çağrı” mərkəzi bayramda da işləyəcək

“1542” nömrəli “Çağrı” mərkəzi bayramda da işləyəcək
  18 Mart 2020    Oxunub:2608
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” nömrəli “Çağrı” mərkəzi Novruz bayramında da işləyəcək
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (Agentlik) Azvision.az -a verilən məlumata görə,
qurum tərəfindən vətəndaşların icbari tibbi sığorta ilə bağlı müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, Agentliyin səlahiyyətinə aid olan məsələlərə operativ baxılması məqsədilə “1542” nömrəli “Çağrı” mərkəzi istifadəyə verilib.

Vətəndaşlar “Çağrı” mərkəzinə stasionar və mobil telefonlardan “1542” nömrəsini yığmaqla müraciət edə bilərlər. Vətəndaşlar koronavirus epidemiyası, icbari tibbi sığorta sistemi, sığortahaqları, icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək dövlət tibb müəssisələri, Xidmətlər Zərfi, işə qəbul və s. barədə məlumat ala, qurumun və tibb müəssisələrinin fəaliyyətinə dair şikayət, tələb və təkliflərini bildirə bilərlər.
“Çağrı” mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, digər xətləri isə iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Qeyd edək ki, “Çağrı” mərkəzi Novruz bayramındakı qeyri-iş günlərində də işləyəcək.

Azvision.az





Teqlər: Agentlik   Mərkəz  





Xəbər lenti