AZAL İtaliya və Türkiyədən 391 nəfəri ölkəyə gətirib

   AZAL İtaliya və Türkiyədən 391 nəfəri ölkəyə gətirib
  18 Mart 2020    Oxunub:2198
Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) martın 18-nə keçən gecə Azərbaycan vətəndaşlarının qaytarılması üçün daha iki çarter reysi yerinə yetirib.
Qurumdan Azvision.az -a verilən məlumata görə, İstanbul-Bakı reysi ilə 230 nəfər, Roma-Bakı reysi ilə 161 nəfər vətənə gətirilib.

Xatırladaq ki, daha əvvəl Türkiyədən dörd çarter reysi ilə 868 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib. Azərbaycanın Milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

Azvision.az



Teqlər: AZAL  





Xəbər lenti