AzTU-nun Elmi Şurası onlayn keçiriləcək

AzTU-nun Elmi Şurası onlayn keçiriləcək
  18 Mart 2020    Oxunub:2034
Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə iclasların, müşavirələrin mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilməsi ilə bağlı tapşırıq verilib.
Bunu nəzərə alaraq, martın 17-dən Azərbaycan Texniki Universiteti (AzTU) onlayn idarəetmə sisteminə keçib. Belə ki, iclaslar və toplantılar onlayn təşkil edilir. Həmçinin AzTU-nun martın 18-nə nəzərdə tutulan Elmi Şurası onlayn rejimdə keçiriləcək.


Teqlər:





Xəbər lenti