“Qaçqınkom” sədri 5 saat videoqəbul keçirdi - FOTOLAR
Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi məqsədilə bu il müəyyənləşdirilmiş bütün tədbirlər yerinə yetiriləcək.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınlara və məcburi köçkünlərə xüsusi diqqqət və qayğı göstərdiyi, hazırki şəraitdə onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verdiyi bildirilib.
Dövlət Komitəsinin sədri videoqəbulu beş saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Hər bir müraciət araşdırlacaq və cavablandırılacaq.
Dövlət Komtəsində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları təşkil ediləcəkdir.
Bu barədə məlumatları vətəndaşlar komitənin rəsmi internet səhifəsindən ala, həmçinin 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər.
Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.
Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Dövlət Komitəsindən zəng edilməklə aparılacaq.
Azvision.az
Teqlər: Qaçqınkom Koronavirus