Son günlər rayonlara qatarla gedənlərin sayı artıb

  Son günlər rayonlara qatarla gedənlərin sayı artıb
  17 Mart 2020    Oxunub:2034
Novruz bayramı günlərində sərnişinlərin ölkə daxilində təhlükəsiz və rahat səfər etmələrinə imkan yaratmaq üçün zəruri tədbirlər görülür. Bayram tətili ilə əlaqədar qatarla səyahət etmək istəyənlərin sayında adi günlərlə müqayisədə nisbətən artım qeydə alınıb.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ADY sərnişin sıxlığının artmasını nəzərə alaraq, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun əlavə vaqonların qoşulmasını təmin edir. "Sərnişinlərin tələbatı daha çox Bakı-Böyük Kəsik, Bakı-Balakən istiqamətlərində müşahidə olunur. Bununla əlaqədar hər iki istiqamət üzrə hərəkət edən qatarlara ayrı-ayrılıqda əlavə vaqonlar qoşulub. Sərnişinlərin nəzərinə çatdırılır ki, sərnişin qatarlarına bilet satışı 30 gün əvvəlcədən, əlavə vaqonlara isə həmin vaqonlar satışa verilən gün bilet almaq olar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qatar  





Xəbər lenti